​Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olub - FOTO - VİDEO

​Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olub - FOTO - VİDEO "Bavariya" "Porto"nu, "Barsa" isə PSJ-ni məğlub edib
Futbol
22 Aprel , 2015 02:37
​Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olub - FOTO - VİDEO

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

"Report" xəbər verir ki, ilk oyunda səfərdə "Porto"ya 3:1 hesabı ilə məğlub olan "Bavariya", cavab qarşılaşmasında bunun əvəzini darmadağın (6:1) ilə çıxaraq yarımfinala vəsiqə qazanıb.

Digər yarımfinalçı isə Kataloniyada müəyyən edilib. Doğma divarlar arasında PSJ-ni qəbul edən "Barselona" sensasiyaya izn verməyib və ümumi hesabda 5:1 qalib gələrək adını yarımfinala yazdırıb.

Çempionlar Liqası. 1/4 final, cavab matçı

"Bavariya" (Almaniya) – "Porto" (Portuqaliya) – 6:1

Qollar: Tiaqu Alkantara, 14 (1:0). Boatenq, 21 (2:0). Levandovski, 27 (3:0). Müller, 36 (4:0). Levandovski, 40 (5:0). Martines, 73 (5:1). Xabi Alonso, 88 (6:1).

İlk oyun – 1:3.

"Barselona" (İspaniya) - "PSJ" (Fransa) - 2:0 (2:0)

Qollar: Neymar, 14 (1:0). Neymar, 34 (2:0).

İlk oyun – 3:1

Qeyd edək ki, 1/2 final mərhələsinin püşkatma mərasimi aprelin 24-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi