​Çempionlar Liqasında III təsnifat mərhələsinə 10 oyunla yekun vurulur

​Çempionlar Liqasında III təsnifat mərhələsinə 10 oyunla yekun vurulur Türkiyənin "Fənərbağça" klubu Fransa "Monako"su ilə qarşılaşacaq
Futbol
3 Avqust , 2016 15:07
​Çempionlar Liqasında III təsnifat mərhələsinə 10 oyunla yekun vurulur

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün keçiriləcək daha 10 oyunla futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. "Report"un məlumatına görə, Türkiyənin "Fənərbağça" klubu səfərdə Fransa "Monako"su ilə qarşılaşacaq. 

İstanbulda keçirilmiş ilk görüşdə 2:1 hesabı ilə qalib gələn "sarı-lacivərdlilər" səfər oyununa üstün tərəf kimi çıxacaqlar. Türkiyə vitse-çempionu mərhələ adlasa, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək. 

Qeyd edək ki, ilk oyun günündə 5 komanda - "Viktoriya" (Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), APOEL (Kipr), "Ludoqorets" (Bolqarıstan) və "Dandolk" (İrlandiya) Çempionlar Liqasında mərhələ adlayıb. 

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları

21:45. "Kopenhagen" (Danimarka) - "Astra" (Rumıniya)

İlk oyun - 1:1

21:45. "Styaua" (Rumıniya) - "Sparta" (Çexiya)

İlk oyun - 1:1

22:00. "Hapoel" (Beer Şeva, İsrail) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 0:0

22:15. "Yanq Boyz" (İsveçrə) - "Şaxtyor" (Ukrayna)

İlk oyun - 0:2

22:30. PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)

İlk oyun - 1:1

22:30. "Zalsburq" (Avstriya) - "Partizani" (Albaniya)

İlk oyun - 1:0

22:45. "Anderlext" (Belçika) - "Rostov" (Rusiya)

İlk oyun - 2:2

22:45. "Seltik" (Şotlandiya) - "Astana" (Qazaxıstan)

İlk oyun - 1:1

22:45. "Legiya" (Polşa) - "Trençin" (Slovakiya)

İlk oyun - 1:0

22:45. "Monako" (Fransa) - "Fənərbağça" (Türkiyə)

İlk oyun - 1:2

Son xəbərlər

Orphus sistemi