Yuxarı
    Bağlamaq

    Çempionlar Liqasında III təsnifat mərhələsinin bir sıra oyunları keçirilib

    İlk oyun günündə 6 matç baş tutub

    Bakı. 26 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

    "Report"un məlumatına görə, ilk oyun günündə 6 matç keçirilib.

    Qarşılaşmalarda meydan sahibləri üçün eyni sayda qələbə, heç-heçə və məğlubiyyət qeydə alınıb. "Qarabağ"dan əlavə, Rumıniya "Styaua"sı da ev oyununda qalib gələ bilməyib. "Styaua"nın Çexiya "Viktoriya"sı ilə görüşünü azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.

    Çexiyanın digər təmsilçisi "Slaviya" ilə Makedoniya "Vardar"ı evdə minimal hesablı qələbəyə nail olublar. Rusiya MOİK-i ilə Yunanıstan "Olimpiakos"u səfərdə qələbəyə nail olublar. "Olimpiakos"un son qolunu Türkiyə "Fənərbağça"sından transfer olunan Emmanuel Emenike vurub.

    UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi

    25 iyul

    21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 0:0

    21:00. "Slaviya” (Praqa, Çexiya) – BATE (Belarus) - 1:0

    Qol: Milan Şkoda, 20-penalti ilə

    Qırmızı vərəqə: Yevgeni Yablonski, 19 (BATE)

    21:30. AEK (Yunanıstan) – MOİK (Moskva, Rusiya) - 0:2

    Qol: Alan Zaqoyev, 45+1. Pontus Vernblum, 56

    21:30. "Styaua” (Rumıniya) – "Viktoriya” (Plzen, Çexiya) - 2:2

    Qollar: Konstantin Budesku, 37. Felipe Teyşeyra, 61 - Mixael Krmençik, 23. Yan Kopik, 53

    22:00. "Vardar” (Macarıstan) - "Kopenhagen” (Danimarka) – 1:0

    Qol: Conatan Balotelli, 65

    22:45. "Partizan” (Serbiya) – "Olimpiakos” (Yunanıstan) - 1:3

    Qollar: Leandre Tavamba, 10 - El Fardu Ben Nabuhane, 6; 56. Emmanuel Emenike, 90+1

    Qalan 9 oyun bu gün keçiriləcək:

    18:00. "Astana” (Qazaxıstan) – "Legiya” (Polşa)

    20:30. "Dinamo” (Kiyev, Ukrayna) – "Yanq Boyz” (İsveçrə)

    20:45. "Zalsburq” (Avstriya) – "Riyeka” (Xorvatiya)

    21:00. "Hapoel” (Beer Şeva, İsrail) – "Ludoqorets” (Bolqarıstan)

    22:00. "Vitorul” (Rumıniya) – APOEL (Kipr)

    22:20. "Maribor” (Sloveniya) – "Hafnarfyordur” (İslandiya)

    22:45. "Seltik” (Şotlandiya) – "Rusenborq” (Norveç)

    22:45. "Nitsa” (Fransa) – "Ayaks” (Hollandiya)

    23:00. "Brügge” (Belçika) – "Başakşehir” (Türkiyə)

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi