Yuxarı

Bu gecə ​Çempionlar Liqasında II turun ilk oyunları keçiriləcək

Joze Mourinyo sabiq komandası ilə üz-üzə gələcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində II tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 görüş baş tutacaq.

E qrupunda İspaniya "Barselona"sı hazırda qrup lideri olan Almaniyanın "Bayer" (Leverkusen) komandasını qəbul edəcək. Qrupun digər oyununda ilk turda "Bayer"ə böyük hesabla uduzmuş Belarus BATE-si "Barselona"dan xal almağı bacaran İtaliya "Roma"sını qəbul edəcək.

F qrupunun bu turdakı oyunları Almaniya və İngiltərədə keçiriləcək. "Bavariya" 45 oyundur uduzmayan Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını, "Arsenal" isə Yunanıstan "Olimpiakos"unu qəbul edəcək. İlk turda Münhen və Zaqreb komandaları qalib gəldikləri halda, londonlular və pireylilər uduzublar. 

G qrupunda İngiltərənin "Çelsi" və Portuqaliyanın "Portu" komandalarının görüşü daha çox maraq kəsb edir. Bunun səbəbi London təmsilçisinin baş məşqçisi Joze Mourinyo ilə bağlıdır. O, portuqaliyalı olmasından əlavə, bir vaxtlar "Portu"ya (2002 - 2004) rəhbərlik edib və bu komandaya UEFA Kuboku və Çempionlar Liqasını qazandırıb. Qrupun daha bir görüşündə isə ilk turu "Çelsi"yə böyük hesablı məğlubiyyətlə başa vurmuş İsrail "Makkabi"si və evdə "Portu" yenə bilməyən Ukraynanın "Dinamo" (Kiyev) komandaları qarşılacaq.

H qrupunda Rusiya təmsilçisi "Zenit" Belçika "Gent"inə qarşı mübarizə aparacaq. Rusiya təmsilçisi qələbə qazanacağı təqdirdə qrup liderliyini qoruyacaqsa, belçikalılar 3 xal sayəsində "Zenit"i qabaqlamış olacaq. Digər oyunda isə 1 xala malik Fransa "Lion"u ilə xalsız İspaniya "Valensiya"sı qarşılaşacaq.

Çempionlar Liqası, qrup mərhələsi, II tur

E qrupu

23:45. "Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya)

Baş hakim: Martin Atkinson (İngiltərə)

Barselona. "Nou Kamp" stadionu.

23:45. BATE (Belarus) - "Roma" (İtaliya)

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Borisov. "Borisov Arena"

Xal durumu: "Bayer" - 3, "Roma" - 1, "Barselona" - 1, BATE - 0.


F qrupu

23:45. "Bavariya" (Almaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Münhen. "Allianz Arena"

23:45. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

Baş hakim: Bas Neyxeys (Hollandiya)

London. "Emireyts" stadionu

Xal durumu: "Bavariya" - 3, "Dinamo" - 3, "Arsenal" - 0, "Olimpiakos" - 0.


G qrupu

23:45. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

Baş hakim: Antonio Mateo Laos (İspaniya)

Portu. "Draqau" stadionu

23:45. "Makkabi" (İsrail) - "Dinamo" (Kiyev, Ukrayna)

Baş hakim: David Fernandes Borbalan (İspaniya)

Hayfa. "Sammi Ofer" stadionu

Xal durumu: "Çelsi" - 3, "Portu" - 1, "Dinamo" - 1, "Makkabi" - 0.


H qrupu

23:45. "Zenit" (Rusiya) - "Gent" (Belçika)

Baş hakim: Matey Yuq (Sloveniya)

Sankt-Peterburq. "Petrovskiy" stadionu

23:45. "Lion" (Fransa) - "Valensiya" (İspaniya)

Baş hakim: Milorad Majiç (Serbiya)

Lion. "Jerlan" stadionu

Xal durumu: "Zenit" - 3, "Gent" - 1, "Lion" - 1, "Valensiya" - 0.


Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi