Yuxarı

Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib - VİDEO

Bakı. 22 fevral. REPORT.AZ/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, İngiltərənin "Mançester Siti" komandasının futbolçusu Leroy Sanenin 1/8 finalda səfərdə Almaniya "Şalke"sinə cərimə zərbəsindən vurduğu qol həftənin ən yaxşısı seçilib. 

Qeyd edək ki, qarşılaşma "Mançester Siti"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasındakı cavab oyunu martın 12-də baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi