Yuxarı

Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlanıb - VİDEO

Çempionlar Liqasında həftənin ən yaxşı qolu açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib. 

"Report"un məlumatına görə, İtaliyanın "Yuventus" klubunun futbolçusu Duqlas Kostanın Rusiyada "Lokomotiv"ə (Moskva) vurduğu qol qrup mərhələsində IV turun ən yaxşısı seçilib. 

29 yaşlı braziliyalı yarımmüdafiəçi fərdi keyfiyyətləri sayəsində rəqibin bir neçə oyunçusunu keçib və komandasına qələbə qazandırıb. 

Qeyd edək ki, "Yuventus" "Lokomotiv"ə 2:1 hesabı ilə qalib gəlib və sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi