Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.
Futbol
7 Noyabr , 2019 09:33
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

“Report” xəbər verir ki, ən yaxşı futbolçu adına braziliyalı Rodriqo (“Real Madrid”, İspaniya), mərakeşli Əşrəf Hakimi (Dortmund “Borussiya”sı, Almaniya), kosta-rikalı Keylor Navas (PSJ, Fransa) və cənubi koreyalı Son Xın Min (“Tottenhem”, İngiltərə) iddia edirlər.

Həftənin ən yaxşı qoluna gəlincə, burada səs verməyə braziliyalı Duqlas Kostanın (“Yuventus”, İtaliya), fransalı Joffre Kondoqbiyanın (“Valensiya”, İspaniya) və ingiltərəlilər - Rahim Strerlinqlə (“Mançester Siti”, İngiltərə) Aleks Oksley-Çemberlenin (“Liverpul”, İngiltərə) qolları çıxarılıb.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi