Bakı. 19 avqust. REPORT.AZ/ Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin daha 5 oyunu keçiriləcək. "Report"un məlumatına görə, bununla da mərhələnin ilk görüşləri yekunlaşacaq.
Qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"ı üstələyən "Seltik" klubu Şotlandiyada İsveç "Malmö"sünü qəbul edəcək. 2008/09 mövsümündə Avropa Liqasının qalibi olmuş Ukrayna "Şaxtyor"u isə səfərdə "Rapid"lə (Avstriya) üz-üzə gələcək.
Çempionlar Liqası, pley-off mərhələsi
İlk oyunlar
19 avqust
23:45. "Bazel" (İsveçrə) - "Makkabi" (Təl-Əviv, İsrail)
23:45. "Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)
23:45. "Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:45. "Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya)
23:45. "Valensiya" (İspaniya) - “Monako” (Fransa)
18 avqust
21:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) - 1:0
Qol: Djolçiyev, 14
23:45. BATE (Belarus) - "Partizan" (Serbiya) - 1:0
Qol: Qordeyçuk, 75
23:45. "Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0
Qol: Keyta, 75
23:45. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) - 3:1
Qollar: Depay, 13;43, Fellaini, 90+4 - Karrik, 8 (avt.)
23:45. "Sportinq" (Portuqaliya) - ÇSKA (Moskva, Rusiya) - 2:1
Qollar: Qutierez, 12, Slimani, 82 - Doumbia, 40
Qeyd edək ki, cavab görüşləri 25 və 26 avqustda keçiriləcək.