Çempionlar Liqasında bütün 1/8 finalçılar müəyyənləşib - SİYAHI

Çempionlar Liqasında bütün 1/8 finalçılar müəyyənləşib - SİYAHI Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
Futbol
13 Dekabr , 2018 03:00
Çempionlar Liqasında bütün 1/8 finalçılar müəyyənləşib - SİYAHI

Bakı. 13 dekabr. REPORT.AZ/ Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

"Report" xəbər verir ki, VI turun sonuncu oyun günündə 8 görüş keçirilib.

Ukrayna "Şaxtyor"u ilə Fransa "Lion"u arasındakı qarşılaşma əsas diqqət mərkəzində olub. Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunmuş matçda hesabı ilk yarıda Donetsk təmsilçisi açsa da, fasilədən sonra qonaqlar bərabərlik qolunu vura bilib. Nəticədə "Lion" qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanan son komanda olub. "Şaxtyor" isə qrup üçüncüsü kimi mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

Günün sensasiyası isə İspaniyada "Real Madrid"lə Rusiya MOİK-i arasındakı görüşdə qeydə alınıb. Moskvalılar 3 cavabsız qolla qalib gəliblər. Bu qələbəyə baxmayaraq, "hərbçilər" qrupda qalıblar. Səbəb "Real Madrid"lə birgə 1/8 finala vəsiqəni təmin etmiş "Roma"nın da Çexiyada "Viktoriya"ya məğlubiyyəti olub. Nəticədə "Viktoriya" MOİK-i şəxsi oyunlardakı üstünlüyü sayəsində keçərək, Avroliqanın 1/16 finalına çıxıb.

Beləliklə, 7 ölkənin 16 təmsilçisi - İngiltərənin "Mançester Siti", "Mançester Yunayted", "Tottenhem" və "Liverpul", İspaniyanın "Atletiko", "Barselona" və "Real Madrid", Almaniyanın "Borussiya" (Dortmund), "Bavariya" və "Şalke", İtaliyanın "Yuventus" və "Roma", Fransanın PSJ və "Lion", Portuqaliyanın "Portu" və Hollandiyanın "Ayaks" klubları 1/8 finala vəsiqə əldə ediblər.

Avropa Liqasının 1/16 final mərhələsinə isə İtaliyanın "İnter" və "Napoli", İspaniyanın "Valensiya", Türkiyənin "Qalatasaray", Portuqaliyanın "Benfika", Ukraynanın "Şaxtyor", Belçikanın "Brügge" və Çexiyanın "Viktoriya" komandaları çıxıb. Yunanıstan AEK-i qrup mərhələsində xala həsrət qalan yeganə klub olub.

12 dekabr

Çempionlar Liqası, VI tur

E qrupu

00:00. Benfika" (Portuqaliya) - AEK (Afina, Yunanıstan) - 1:0

Qol: Qrimaldo, 88

00:00. "Ayaks"(Hollandiya) - "Bavariya" (Almaniya) - 3:3

Qollar: Duşan Tadiç, 61; 82 (pen.). Nikolas Talyafiko, 90+5 - Robert Levandovski, 13; 87 (pen.). Kinqsli Koman, 90

Qırmızı vərəqə: Tomas Müller, 75 ("Bavariya)

Xal durumu: "Bavariya" - 14, "Ayaks" - 12, "Benfika" - 7, AEK - 0.

F qrupu

00:00. "Mançester Siti" (İngiltərə) - "Hoffenhaym" (Almaniya) - 2:1

Qollar: Leroy Sane, 45+1; 61 - Andrey Kramariç, 16 (pen.)

00:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Lion" (Fransa) - 1:1

Qollar: Junior Moraeş, 22 - Nabil Fekir, 65

Xal durumu: "Mançester Siti" - 13, "Lion" - 8, "Şaxtyor" - 6, "Hoffenhaym" - 3.

G qrupu

21:55. "Real Madrid" (İspaniya) - MOİK (Moskva, Rusiya) - 0:3

Qol: Fyodor Çalov, 37. Georgi Şennikov, 43. Arnor Siqurdsson, 73

21:55. "Viktoriya" (Plzen, Çexiya) - "Roma" (İtaliya) - 2:1

Qollar: Yan Kovarjik, 62. Tomaş Çori, 72 - Cengiz Ünder, 68

Xal durumu: "Real Madrid" - 12, "Roma" - 9, "Viktoriya" - 7, MOİK - 7.

H qrupu

00:00. "Valensiya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 2:1

Qollar: Karlos Soler, 17. Fil Cons, 47 (öz qapısına) - Markus Reşford, 87

00:00. "Yanq Boyz" (İsveçrə) - "Yuventus" (İtaliya) - 2:1

Qollar: Giyom Oaro, 30 (pen.); 68 - Paulo Dibala, 80

Xal durumu: "Yuventus" - 12, "Mançester Yunayted" - 10, "Valensiya" - 8, "Yanq Boyz" - 4.

Son xəbərlər

Orphus sistemi