Yuxarı
    Bağlamaq

    Çempionlar Liqasında bütün 1/8 finalçılar müəyyənləşib - VİDEO

    Qrup mərhələsinin son oyun günündə dörd qrupda 8 qarşılaşma oynanılıb

    Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

    "Report"un məlumatına görə, qrup mərhələsinin son oyun günündə "E", "F", "G" və "H" qruplarında 8 qarşılaşma oynanılıb.

    "E" qrupunda növbəti mərhələyə yüksələn komandaların Fransanın "Monako" və Almaniyanın "Bayer" klubları olduğu əvvəldən məlum idi. Avropa Liqasına isə MOİK-i evdə məğlub edən "Tottenhem Hotspur" yüksəlib.

    "F" qrupunda Almaniyanın "Borussiya" və İspaniyanın "Real Madrid" komandaları qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirəcək. Onlar arasında Madriddə baş tutan görüş qrup liderini müəyyənləşdirib. "Real Madrid" fransalı hücumçusu Kərim Benzemanın dubl etdiyi oyunda qələbəni əldən verməklə 1-ci yeri tutmaq şansını itirib. Ardıcıl 34-cü oyunda yenilməmək isə "Kral klubu" üçün təsəlli olub. Bu qrupdan Avroliqaya "Sportinq"i öz meydanında məğlub etməsi sayəsində "Legiya" çıxıb.

    "G" qrupunda lider müəyyənləşsə də, 1/8 finalın digər iştirakçısı bu gün məlum olub. Bu, lider olan "Lester"ini darmadağın edən "Portu" olub. "Kopenhagen" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

    "H" qrupunda lider gözlənildiyi kimi "Yuventus" olub. Turin klubu son turda evdə autsayder Zaqreb "Dinamo"sunu məğlub etməklə qrupda 1-ci yer tutmasını rəsmiləşdirib. "Sevilya"ya "Lion"la səfər oyununda heç-heçə 1/8 finala çıxmaq üçün yetərli olub. Fransa klubu Avropa Liqasının "play-off" mərhələsində çıxış edəcək.

    Daha öncə 1/8 finala "Arsenal", PSJ, "Barselona", "Mançester Siti", "Napoli", "Benfika", "Bavariya" və "Atletiko" çıxıb. Qruplarda 3-cü yerin sahibləri kimi Avropa Liqasına vəsiqəni qazanan ilk 4 komanda "Ludoqorets", "Borussiya" (Mönhenqladbaxt) ""Beşiktaş" və "Rostov" olub..

    Çempionlar Liqası, qrup mərhələsi, VI tur

    7 dekabr

    E qrupu

    23:45. "Tottenhem" (İngiltərə) - MOİK (Rusiya) - 3:1

    Qollar: Dele Alli, 38, 78, Harri Keyn, 45+1 - Alan Dzaqoyev, 33

    23:45. "Bayer" (Almaniya) - "Monako" (Fransa) - 3:0

    Qollar: Vitali Yurçenko, 30, Julian Brandt, 48, Morqan De Santkis, 82-öz qapısına

    82-ci dəqiqədə Vendel ("Bayer") penaldan yararlana bilməyib.

    Qrupda vəziyyət: "Monako" - 11. "Bayer" - 10. "Tottenhem" - 7. MOİK - 1.

    F qrupu

    23:45. "Legiya" (Polşa) - "Sportinq" (Portuqaliya) - 1:0

    Qol: Gilyerme, 30

    Qırmızı vərəqə: Uilyam Karvalyo, 85 ("Sportinq", ikinci sarı)

    23:45. "Real Madrid" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:2

    Qollar: Kərim Benzema, 28, 53 - Pyer-Emerik Obameyanq, 61, Markos Roys, 89

    Qrupda vəziyyət: "Borussiya" - 14. "Real Madrid" - 12. "Legiya" - 4. "Sportinq" - 3.

    G qrupu

    23:45. "Portu" (Portuqaliya) - "Lester" (İngiltərə) - 5:0

    Qollar: Andre Silva, 6, 64-pen, Cesus Korona, 26, Yasim Brahimi, 44, Dieqo Jota, 77

    23:45. "Brügge" (Belçika) - "Kopenhagen" (Danimarka) - 0:2

    Qollar: Brandon Mexele, 8-öz qapısına, Matias Yorgensen, 15

    Qrupda vəziyyət: "Lester" - 13. "Portu" - 11. "Kopenhagen" - 9. "Brügge" - 0.

    H qrupu

    23:45. "Yuventus" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:0

    Qollar: Qonsalo İquayn, 52, Daniel Ruqani, 74

    23:45. "Lion" (Fransa) - "Sevilya" (İspaniya) - 0:0

    Qrupda vəziyyət: "Yuventus" - 14. "Sevilya" - 11. "Lion" - 8. "Dinamo" - 0.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi