Yuxarı

Çempionlar Liqasında 2015-2016 mövsümünün simvolik yığması açıqlanıb

Siyahıya Real Madridlə Atletikonun hərəyə 6 oyunçusu düşüb

Bakı. 30 may. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 2015-2016 mövsümünün simvolik yığması açıqlanıb. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 18 nəfərlik siyahıya finalda üz-üzə gəlmiş İspaniyanın "Real Madrid" və "Atletiko" komandalarının hərəyə 6 oyunçusunun adı salınıb.

Qapıçılar: Yan Oblak ("Atletiko"), Manuel Noyer ("Bavariya");

Müdafiəçilər: Dieqo Qodin, Xuanfran (hər ikisi "Atletiko"), Serxio Ramos, Marselo (hər ikisi "Real Madrid"), Tiaqo Silva (PSJ);

Yarımmüdafiəçilər: Qabi, Koke ("Atletiko"), Toni Kroos, Luka Modriç (hər ikisi "Real Madrid"), Andres İnyesta ("Barselona");

Hücumçular: Luis Suares, Lionel Messi (hər ikisi "Barselona"), Qaret Beyl, Kriştianu Ronaldu ("Real Madrid"), Robert Levandovski ("Bavariya"), Antuan Qrizmann ("Atletiko").

Qeyd edək ki, "Real Madrid" əsas vaxtı 1:1 hesablı heç-heçə ilə nəticələnən Çempionlar Liqasının final matçında "Atletiko"nu penaltilər seriyasında yenib - 5:3. Bununla da "kral klubu" 11-ci dəfə kuboku qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi