Yuxarı

Çempionlar Liqasında 1/8 finala daha 3 vəsiqənin sahibi müəyyənləşib

Çempionlar Liqasında 1/8 finala daha 3 vəsiqənin sahibi müəyyənləşib

Bakı. 12 dekabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsində VI turun ilk oyun gününə yekun vurulub.

"Report" xəbər verir ki, bu gecə keçirilmiş qarşılaşmalardan sonra 1/8 final mərhələsinə daha 3 vəsiqə öz sahibini tapıb.

Növbəti mərhələyə İngiltərənin "Tottenhem""Liverpul" klubları ilə yanaşı, Fransa PSJ-si də yüksəlib. "Tottenhem" buna İspaniyada "Barselona" ilə 1:1 hesablı heç-heçə sayəsində nail olub. Hollandiya PSV-sinə qarşı görüşdən eyni hesablı nəticə ilə ayrılan İtaliya "İnter"i də bu qədər xala malikdir. Amma şəxsi oyunlardakı səfər qolu sayəsində (1:0, 1:2) London təmsilçisi qrupu 2-ci pillədə tamamlayıb. "İnter" isə 3-cü yerin sahibi kimi mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

"Liverpul" evdə İtaliya "Napoli"sini Məhəmməd Salahın qolu ilə yenməyi bacarıb. PSJ isə Serbiyada "Srvena Zvezda"nı darmadağın edib - 4:1. Nəticədə Paris komandası birinci, liverpullular isə ikinci yerin sahibi kimi 1/8 finala çıxıb. Şəxsi oyunlardakı bərabərliyə (evdə 1:0, səfərdə 0:1) rəğmən, qrup mərhələsində daha az top vurduğu üçün ("Liverpul"da 9:7, "Napoli"də 7:5) İngiltərə komandasından geri qalan "Napoli" isə 3-cü yeri tutaraq, Avroliqaya çıxıb.

Qeyd edək ki, daha əvvəl İspaniyanın "Atletiko", "Barselona" və "Real Madrid", Almaniyanın "Borussiya" (Dortmund), "Bavariya" və "Şalke", İtaliyanın "Yuventus" və "Roma", İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted", Portuqaliyanın "Portu" və Hollandiyanın "Ayaks" klubları 1/8 finala vəsiqəni təmin ediblər. İkinci oyun günündə Çempionlar Liqasında son vəsiqənin sahibi müəyyənləşəcək.

Avropa Liqasının 1/16 final mərhələsinə isə İtaliyanın "İnter" və "Napoli" komandaları ilə yanaşı, İspaniya "Valensiya"sı, Türkiyə "Qalatasaray"ı, Portuqaliya "Benfika"sı, Belçika "Brügge"si çıxıb. Qalan iki komandanın adına bu gün aydınlıq gələcək.

Çempionlar Liqası, VI tur

11 Dekabr

A Qrupu

00:00. "Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) - 0:2

Qollar: Rafael Gerreyro, 15; 88

00:00. "Brügge" (Belçika) - "Atletiko" (Madrid, İspaniya) - 0:0

Xal durumu: "Borussiya" - 13, "Atletiko" - 13, "Brügge" - 6, "Monako" - 1.

B Qrupu

00:00. "İnter" (İtaliya) - PSV (Eyndhoven, Hollandiya) - 1:1

Qollar: Mauro İkardi, 73 - İrvinq Losano, 13

00:00. "Barselona" (İspaniya) - "Tottenhem" (İngiltərə) - 1:1

Qollar: Usman Dembele, 7 - Lukas Mura, 85

Xal durumu: "Barselona" - 14, "Tottenhem" - 8, "İnter" - 8, PSV - 2.

C qrupu

00:00. "Srvena Zvezda" (Serbiya) - PSJ (Fransa) - 1:4

Qollar: Marko Qobelyiç, 56 - Edinson Kavani, 10. Neymar, 40. Markinyos, 74. Kilian Mbappe, 90+2

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya) - 1:0

Qol: Məhəmməd Salah, 34

Xal durumu: PSJ - 11, "Liverpul" - 9, "Napoli" - 9, "Srvena Zvezda" - 4.

D qrupu

21:55. "Qalatasaray" (Türkiyə) - "Portu" (Portuqaliya) - 2:3

Qollar: Sofian Fequli, 45+1 (pen.); Eren Derdiyok, 65 - Felipe, 17. Mussa Mareqa, 42 (pen.). Serjio Oliveyra, 57

Dəqiq yerinə yetirilməyən penalti: Sofian Fequli, 67 ("Qalatasaray")

21:55. "Şalke" (Almaniya) - "Lokomotiv" (Moskva, Rusiya) - 1:0

Qol: Alessandro Şöpf, 90+1

Xal durumu: "Portu" - 16, "Şalke" - 11, "Qalatasaray" - 4, "Lokomotiv" - 3.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi