Yuxarı

Çempionlar Liqasında 1/8 finala bütün vəsiqələrin sahibləri müəyyənləşib - SİYAHI - VİDEO

Çempionlar Liqasında 1/8 finala bütün vəsiqələrin sahibləri müəyyənləşib - SİYAHI - VİDEO
Turnirdə qrup mərhələsinə yekun vurulub

Bakı. 7 dekabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçirilib.

"Report" xəbər verir ki, VI turun ikinci oyun günündə E, F, G və H qruplarında 8 oyun olub.

Bu görüşlərdən sonra qitənin ən nüfuzlu klub turnirində 1/8 finala vəsiqə qazanan son 4 vəsiqənin sahibi müəyyənləşib. Bunlar İngiltərə "Liverpul"u, İspaniya "Sevilya"sı, Ukrayna "Şaxtyor"u və Portuqaliya "Portu"sudur. Daha əvvəl İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem" və "Çelsi", İtaliyanın "Roma" və "Yuventus", İspaniyanın "Real Madrid" və "Barselona", Türkiyənin "Beşiktaş", İsveçrənin "Bazel", Fransanın PSJ, Almaniyanın "Bavariya" komandaları da adını 1/8 finala yazdırıb.

Öz qruplarında 3-cü yeri tutan Rusiya "Spartak"ı, İtaliya "Napoli"si, Almaniyanın "Leyptsiq" və "Borussiya" (Dortmund) klubları Rusiyanın MOİK, Şotlandiyanın "Seltik", İspaniyanın "Atletiko" və Portuqaliyanın "Sportinq" komandaları ilə birgə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.

Çempionlar Liqası, Qrup mərhələsi, V tur

6 dekabr

E qrupu

23:45. "Liverpul" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya) - 7:0

Qol: Filippe Koutinyo, 4 - penalti ilə; 15; 50. Roberto Firmino, 19. Sadio Mane, 47; 76. Mohamed Salah, 86

23:45. "Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya) - 1:1

Qol: Markos Tavares, 10 - Qanzo, 75

Xal durumu: "Liverpul" - 12, "Sevilya" - 9, "Spartak" - 6, "Maribor" - 3.

F qrupu

23:45. "Şaxtyor" (Ukrayna) - "Mançester Siti" (İngiltərə) - 2:1

Qollar: Bernard, 26. İsmaili, 33 - Serxio Aqüero, 90+2 - penalti ilə

23:45. "Feyenoord" (Hollandiya) - "Napoli" (İtaliya) - 2:1

Qollar: Nikolay Yörgensen, 33. Jeremia Sent-Juste, 90+1 - Pyotr Zelinski, 2

Qırmızı vərəqə: Toni Vilhena, 83

Xal durumu: "Mançester Siti" - 15, "Şaxtyor" - 12, "Napoli" - 6, "Feyenoord" - 3.

G qrupu

23:45. "Portu" (Portuqaliya) - "Monako" (Fransa) - 5:2

Qollar: Vensan Abubakar, 9; 33. Yasin Brahimi, 45. Aleks Telles, 65. Fransisko Soares, 88 - Kamil Qlik, 61-penalti ilə. Radamel Falkao, 78

Qırmızı vərəqələr: Felipe, 38 - Raşid Gezzal, 38

23:45. "Leyptsiq" (Almaniya) - "Beşiktaş" (Türkiyə) - 1:2

Qollar: Nabi Keyta, 86 - Alvaro Neqredo, 10-penalti ilə. Anderson Taliska, 90

Qırmızı vərəqə: Ştefan İlsanker, 82

Xal durumu: "Beşiktaş" - 14, "Portu" - 10, "Leyptsiq" - 7, "Monako" - 2.

H qrupu

23:45. "Real Madrid" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:2

Qollar: Borxa Mayoral, 8. Kriştianu Ronaldu, 12. Lukas Vaskes, 81 - Pyer Emerik Obameyanq, 43; 49

23:45. "Tottenhem" (İngiltərə) - APOEL (Kipr) - 3:0

Qollar: Fernando Lyorente, 20. Hyunq Min Son, 37. Jorj Kevin N Kudu, 80

Xal durumu: "Tottenhem" - 16, "Real Madrid" - 13, "Borussiya" - 2, APOEL - 2.

Bombardir: Kriştianu Ronaldu ("Real Madrid") - 9 qol.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi