Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb "Barselona" PSJ-yə rəqib olub
Futbol
12 Dekabr , 2016 15:19
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Püşk nəticəsində cütlərin tərkibi belə müəyyənləşib:


"Mançester Siti" (İngiltərə "Monako" (Fransa)
"Real Madrid"(İspaniya) "Napoli"(İtaliya)
"Benfika"(Portuqaliya) "Borussiya"(Dortmund,Almaniya)
"Bavariya"(Almaniya) "Arsenal"(İngiltərə)
"Portu"(Portuqaliya) "Yuventus"(İtaliya)
"Bayer"(Leverkusen,Almaniya) "Atletiko"(Madrid,İspaniya)
PSJ(Fransa) "Barselona"(İspaniya)
"Sevilya"(İspaniya) "Lester"(İngiltərə)

1/8 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 14-15 və 21-22-də öz qrupunda ikinci yeri tutmuş komandaların meydanlarında keçiriləcək. Cavab oyunları isə martın 7-8 və 14-15-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi