Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub Bu gecənin görüşlərində də meydan sahibləri qələbə qazana bilməyib
Futbol
25 Fevral , 2016 01:43
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub

Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son 2 görüş keçirilib. "Report"un məlumatına görə, bu gecənin görüşlərində də meydan sahibləri qələbə qazana bilməyib.

Hollandiyanın PSV klubu İspaniya "Atletiko"sunu qəbul edib. Eyndhoven şəhərindəki "Filips" stadionunda keçirilmiş qarşılaşmada qol vurulmayıb. 

Əvəzində Ukrayna paytaxtı Kiyevdə "Dinamo" ilə İngiltərənin "Mançester Siti" komandaları arasındakı matçda qapılara 4 qol vurulub. Aşkar üstünlüyə malik qonaqlar 3:1 hesablı qələbə ilə 1/4 finala vəsiqəni böyük ölçüdə təmin ediblər.

Çempionlar Liqası, 1/8 final

23:45. PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya) - 0:0

Baş hakim: Danielo Orsato (İtaliya)

Eyndhoven. "Filips" stadionu

23:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə) - 1:3

Qollar: Vitali Buyalski, 59 - Serxio Aquero, 15. David Silva, 40. Yaya Ture, 90

Baş hakim: Antonio Mateo Laos (İspaniya)

Kiyev. "Olimpiyski" stadionu

Qeyd edək ki, 1/8 final mərhələsinin digər ilk qarşılaşmalarında Fransa PSJ-si İngiltərənin "Çelsi" klubunu 2:1, Portuqaliya "Benfika"sı Rusiya "Zenit"ini 1:0 hesabı ilə yenib, İtaliya "Roma"sı İspaniya "Real Madrid"inə 0:2, Belçika "Gent"i Almaniya "Volfsburq"una 2:3, İngiltərə "Arsenal"ı İspaniya "Barselona"sına 0:2 hesabı ilə uduzub. İtaliya "Yuventus"u isə Almaniya "Bavariya"sı ilə bərabərliyə qalıb - 2:2.

Son xəbərlər

Orphus sistemi