Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib Ötən axşam baş tutan hər iki qarşılaşma heçheçə nəticəsi ilə bitib
Futbol
18 Fevral , 2015 03:02
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib

Bakı. 18 fevral. REPORT.AZ/ Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

"Report"-гn məlumatına görə, ötən axşam 2 qarşılaşma baş tutub.

Belə ki, Ukrayna “Şaxtyor”u Lvovda Almaniya nəhəngi “Bavariya”nı qəbul edib. Ukraynada baş verən qanlı döyüşlər fonunda bir sıra problemlərlə üzləşən “Şaxtyor”un adlı-sanlı rəqibi qarşısında şansları yüksək qiymətləndirilməsə də, görüş sürpriz nəticə ilə də başa çatıb - 0:0.

Günün digər oyunu isə Parisdə keçirilib.

Fransa PSJ-si İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib. Xatırladaq ki, ötən mövsüm İngiltərə klubu iki oyunun nəticəsinə görə (1:3, 2:0) rəqibini mübarizədən kənarlaşdırıb.

Londonlular uğurunu təkrarlamaq iddiasındaydı. Paris təmsilçisi isə həmin məğlubiyyətin əvəzini çıxmağa çalıştı. Bu baxımdan oyun proqnozlaşdırıldığı kimi gərgin və maraqlı keçib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi