​Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək

​Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək Həftənin ilk oyun günündə 2 görüş baş tutacaq
Futbol
17 Mart , 2015 09:47
​Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, həftənin ilk oyun günündə 2 görüş baş tutacaq.

İspaniyanın "Atletiko Madrid" klubu Almaniya "Bayer"ini qəbul edəcək. "Visente Kalderon"da keçiriləcək qarşılaşmada "Baku 2015" loqolu Madrid təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır. Leverkuzen klubu isə heç-heçə təqdirində, 1/4 final sevincini yaşayacaq. Qarşılaşmanı Nikola Ritsolinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

Bu görüşlə eyni vaxtda daha bir oyun Monakoda start götürəcək. Öz meydanında 1:3 hesabı ilə məğlub olmuş İngiltərə "Arsenal"ı "Monako" səddini keçməyə çalışacaq. Knyazlıq təmsilçisi evində rəqib qapısından bir top keçirsə, matçın qalan dəqiqələri ərzində daha rahat nəfəs ala biləcək. Arsen Vengerin rəhbərlik etdiyi "topçular" isə növbəti mərhələ arzularını reallaşdırmaq üçün oyunun əsas vaxtında ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər. Norveçli Sveyn Moenin idarə edəcəyi matç "II Lui" stadionunda keçiriləcək.

Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

23:45. "Atletiko Madrid" (İspaniya) - "Bayer" (Almaniya)

İlk oyun. 0:1


23:45. "Monako" (Fransa) - "Arsenal" (İngiltərə)

İlk oyun. 3:1

Qeyd edək ki, ötən həftə keçirilmiş cavab görüşlərinin nəticələrinə əsasən PSJ (Fransa), "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya) və "Portu" (Portuqaliya) növbəti mərhələyə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi