Yuxarı

Çempionlar Liqasında 1/8 final mərhələsi: "Monako"nun inamlı zəfəri və "Bayer"in soyuqqanlılığı

Avropanın ən nüfuzlu klub turnirində azarkeşlər ötən axşam daha iki qarşılaşma izləyiblər

Bakı. 26 Fevral. REPORT.AZ/ Avropanın ən nüfuzlu klub turnirində azarkeşlər ötən axşam daha iki qarşılaşma izləyiblər.

"Report"-un məlumatına görə, günün qarşılaşmalarından biri İngiltərədə baş tutub. “Arsenal” öz meydanında “Monako”nu qəbul edib. Meydana favorit qismində çıxacaq “topçular” Fransaya sərfəli nəticə ilə yollanmağa ümid edirdilər. Lakin nəticə ingiltərəli azarkeşləri məyus edib. Fransa təmsilçisi meydançadan 3:1 hesablı inamlı qələbə ilə ayrılıb.

"Monako"nun üç qoluna (Coffrey Kondoqbia, Dimitar Berbatov və Yannik Ferreyra), “Arsenal”ın bir təsəlli topu ilə (Aleks Oksleyd-Çemberlen) cavab verə bilib.

Günün digər görüşündə isə Almaniyanın “Bayer” klubu Madridin “Atletiko” komandasını sınağa çəkib. Qarşılaşmanın taleyini yeganə qol həll edib. Oyunun 57-ci dəqiqəsində Hakan Kalhanoğlu “Bayer”ə qələbə qazandırıb.

Xatırladaq ki, ötən gün “Barselona” səfərdə “Mançester Siti”ni 1:2, “Yuventus” isə Dortmund “Borussiya”sını eyni hesabla məğlub edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi