Bakı. 20 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.
"Kor" püşkün nəticəsinə əsasən, azarkeşlər 1/4 finalda Madrid derbisinin şahidi olacaq.
Çempionlar Liqasında 1/4 finalın ilk oyunları aprelin 14-15-də, cavab qarşılaşması isə aprelin 21-22-də keçiriləcək.
Aprelin 24-də Nyonda yarımfinal mərhələsinin püşkü atılacaq. Final qarşılaşması iyunun 6-da Berlindəki (Almaniya) "Olimpiastadion"da baş tutacaq.
Çempionlar Liqası (1/4 final mərhələsi) | |
PSJ (Fransa) | Barselona (İspaniya) |
Atletiko Madrid (Ispaniya) | Real Madrid (İspaniya) |
Portu (Portuqaliya) | Bavariya (Almaniya) |
Yuventus (İtaliya) | Monako (Fransa) |