​Çempionlar Liqasında 1/4 finalın daha 2 iştirakçısı məlum olub - VİDEO

​Çempionlar Liqasında 1/4 finalın daha 2 iştirakçısı məlum olub - VİDEO "Mançester Siti" və "Atletiko Madrid" mərhələ adlayıb
Futbol
16 Mart , 2016 02:32
​Çempionlar Liqasında 1/4 finalın daha 2 iştirakçısı məlum olub - VİDEO

Bakı. 16 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı məlum olub.

"Report"un məlumatına görə, 1/8 finalın cavab oyunları İngiltərə və İspaniyada baş tutub.

İngiltərədə keçirilən qarşılaşmada "Mançester Siti" klubu Ukraynanın "Dinamo Kiyev" kollektivini qəbul edib. Görüşdə hesab açılmayıb və ilk görüş 3:1 hesabı ilə ingilislərin xeyrinə başa çatdığından, mərhələ adlayan tərəf "Mançester Siti" olub.

Digər oyunda İspaniyanın "Atletiko" (Madrid) klubu Hollandiya PSV-sini qəbul edib. Burada da görüşün əsas və artırma hissələrində hesab açılmayıb (İlk oyun 0:0). Və qalibi müəyyən etmək üçün on bir metrlik cərimə zərbələri təyin olunub. Penallaşmada gülən tərəf isə "Atletiko" olub.

Çempionlar Liqası, 1/8 final, cavab görüşləri

"Mançester Siti" - "Dinamo" - 0:0 (3:1)

"Atletiko" - PSV - 0:0 (0:0), penal - 8:7

Qeyd edək ki, 1/4 finalın digər iştirakçıları martın 16-da müəyyənləşəcək. Bundan öncə "Benfika" (Portuqaliya), "Real Madrid" (İspaniya), "Volfsburq" (Almaniya) və PSJ (Fransa) adını 8 ən güclü komanda sırasına yazdırıb.

Son xəbərlər

Orphus sistemi