Çempionlar Liqasında 1/4 final mərhələsinin qalan 3 oyunu keçiriləcək

Çempionlar Liqasında 1/4 final mərhələsinin qalan 3 oyunu keçiriləcək Qarşılaşmalardan 2-si Almaniyada olacaq
Futbol
12 Aprel , 2017 07:58
Çempionlar Liqasında 1/4 final mərhələsinin qalan 3 oyunu keçiriləcək

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 3 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalardan 2-si Almaniyada olacaq.

Əvvəlcə Dortmundda "Borussiya" və Fransa "Monako"su üz-üzə gələcək. Əslində bu komandalar aprelin 11-də qarşılaşmalı idi. Lakin "Borussiya"nın avtobusu qarşısında 3 partlayıcı qurğunun işə düşməsi səbəbindən görüş bir gün sonraya təxirə salınıb.

Bu oyundan sonra Münhendə "Bavariya" İspaniya "Real Madrid"ini qəbul edəcək. İspaniyada isə "Atletiko" İngiltərənin "Lester" klubu ilə qarşılaşacaq.

22:45 "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

22:45 "Atletiko” (İspaniya) – "Lester” (İngiltərə)

Baş hakim: Yunas Eriksson (İsveç)

Qeyd edək ki, ilk 1/4 final matçında "Yuventus" İtaliyada İspaniya "Barselona"sını darmadağın edib - 3:0.

Son xəbərlər

Orphus sistemi