Yuxarı
    Bağlamaq

    Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü martın 18-də atılacaq

    Cütlüklər kor püşk nəticəsində müəyyənləşəcək

    Bakı. 17 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi martın 18-də keçiriləcək. "Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

    "Atletiko", "Barselona", "Real Madrid" (hər üçü İspaniya), "Bavariya", "Volfsburq" (hər ikisi Almaniya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa) və "Benfika" (Portuqaliya) komandalarının qatılacağı mərasimdə cütlüklər "kor püşk" nəticəsində müəyyənləşəcək. Yəni, bu zaman ölkənin 2 komandasının bir-biri ilə rəqib olma ehtimalı da var.

    Qeyd edək ki, 1/4 final görüşləri 5-6 apreldə və 12-13 apreldə keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi