Yuxarı

​Çempionlar Liqası və Avropa Liqasının cavab oyunları keçiriləcək

Avropa Liqasında 3 komanda növbəti mərhələyə yüksələcək

Bakı. 5 iyul. REPORT.AZ/ Bu gün Avropa Liqası və Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. "Report"un məlumatına görə, Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanacaq 3 komanda müəyyənləşəcək.

Malta təmsilçisi "Valletta" səfərdə "B-36" (Farer adaları) ilə qarşılaşacaq. Evdə minimal hesablı qələbə qazanan maltalılar cavab oyununa üstün tərəf olaraq çıxacaq. San Marinonun "Tre Penne" komandası isə evdə Uels təmsilçisi TN-lə qarşılaşacaq. Bu komandaların ilk görüşündə Uels təmsilçisinin qələbəsi qeydə alınıb - 2:1. Andorranın "Santa-Koloma" komandası isə Ermənistan "Alaşkert"ini qəbul edəcək. İlk oyun qolsuz bərabərliklə yekunlaşıb.

Avroliqada isə II təsnifat mərhələsinə adlayan 3 komandanın adına aydınlıq gələcək. İlk olaraq Maltanın "Birkirkara" komandası Bosniya və Hersaqovinanın "Şiroki Briyeq" klubunu qəbul edəcək. İlk görüş 1:1 hesabı ilə yekunlaşıb. Qarşılaşmanı Azərbaycandan olan hakimlər briqadası idarə edəcək. Maçtın baş hakimi Rəhim Həsənov, köməkçiləri Namiq Hüseynov və Vaqif Musayev olacaq. Rauf Cabbarov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Ardınca Moldova "Zimbru" klubu Gürcüstan "Çixura"sının qonağı olacaq. Meydan sahibləri ilk oyunda minimal hesablı qələbə qazandığından oyuna üstün tərəf olaraq çıxacaq. Son oyunda isə Lüksemburqun "Jeness" klubu öz meydanında İrlandiyanın "Sent-Patriks" komandasını sınağa çəkəcək. İlk görüş irlandların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları

19:00. "Alaşkert" (Ermənistan) - "Santa Koloma" (Andorra)

İlk oyun - 0:0

21:00. "Torşavn" (Farer adaları) - "Valletta" (Malta)

İlk oyun - 0:1

22:30. "Tre Penne" (San-Marino) - TNS (Uels)

İlk oyun - 1:2

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları

19:45. "Birkirkara" (Malta) - "Şiroki Briyeq" (Bosniya və Herseqovina)

İlk oyun – 1:1

20:00. "Çixura" (Gürcüstan) - "Zimbru" (Moldova)

İlk oyun – 1:0

20:45. "Jeness" (Lüksemburq) - "Sent Patriks" (İrlandiya)

İlk oyun – 0:1

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi