Çempionlar Liqası: "Tottenhem" "Yuventus"a məğlubiyyətdən xilas olub, "MS" "Bazel"i darmadağın edib - VİDEO

Çempionlar Liqası: "Tottenhem" "Yuventus"a məğlubiyyətdən xilas olub, "MS" "Bazel"i darmadağın edib - VİDEO İki qarşılaşmada qapılara 8 top vurulub
Futbol
14 Fevral , 2018 01:51
Çempionlar Liqası: Tottenhem Yuventusa məğlubiyyətdən xilas olub, MS Bazeli darmadağın edib - VİDEO

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün qış fasiləsindən sonra futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.

“Report” xəbər verir ki, Turində İngiltərənin "Tottenhem Hotspur" klubunu qəbul edən "Yuventus" ilk 9 dəqiqə ərzində 2:0 irəlidə olsa da, sonradan qapısında iki top görərək heç-heçəyə razılaşıb.

Ev sahiblərinin hər iki qolunu İquain vurub. O, həm də birinci hissədə təyin olunmuş iki penaltidən birini dəqiq yerinə yetirə bilməyib. Qonaqların heyətində Harri Keyn və Eriksen fərqlənib.

Komandalar arasında cavab qarşılaşması martın 7-də Londonda keçiriləcək.

Paralel keçən qarşılaşmada digər Britaniya təmsilçisi "Mançester Siti" İsveçrədə "Bazel"in qonağı olub. Görüş ingilislərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Cavab qarşılaşması martın 7-də Mançester şəhərində keçiriləcək.

Çempionlar Liqası. 1/8 final. 1-ci oyun

"Yuventus" – "Tottenhem Hotspur" - 2:2

Qollar :1:0 – İquain – 2, 2:0 – İquain – 9 (pen), 2:1 – Keyn – 35, 2:2 – Eriksen – 71

"Bazel" – "Mançester Siti" - 0:4

Qollar: 0:1 – Gündoğan – 14, 0:2 – Silva – 18, 0:3 – Aquero – 23, 0:4 – Gündoğan – 53

Son xəbərlər

Orphus sistemi