Yuxarı

Çempionlar Liqası: Ronaldu və İbrahimoviçin komandaları qalib gələ bilməyib - VİDEO

Real Madrid Volfsburqa uduzub

Bakı. 7 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki oyunu keçirilib. "Report"un məlumatına görə, ikinci oyun günündə Fransa və Almaniyada təşkil olunmuş qarşılaşmalar məhsuldar alınıb.

Artıq bir neçə tur öncədən ölkə çempionluğunu rəsmiləşdirmiş PSJ İngiltərənin "Mançester Siti" komandasını qəbul edib. Parisdəki "Park de Prens" stadionunda keçirilmiş qarşılaşmada tərəflər hərəyə 2 dəfə fərqləniblər. Meydan sahiblərinin qollarından birini Zllatan İbrahimoviç vurub. Amma o, oyunun əvvəllərində penaltini dəqiq yerinə yetirə bilməyib.

Gecənin sensasiyası isə Almaniyada qeydə alınıb. "Volfsburq" doğma meydanda İspaniya "Real Madrid"inin qapısından 2 cavabsız top keçirib. İbrahimoviçdən fərqli olaraq, "canavarlar"ın futbolçusu Rikardo Rodriges oyunun əvvəllərindəki penaltidən dəqiq yararlanıb.

Çempionlar Liqası, 1/4 final

PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:2

Qol: Zlatan İbrahimoviç, 41, Adrien Rabiot, 60 - Kevin de Bruyne, 38, Fernandinyo, 72 13-cü dəqiqədə Zlatan İbrahimoviç penaltini qaçırdı (qapıçı)

Baş hakim: Milorad Majiç (Serbiya) Paris. "Park de Prens"

"Volfsburq" - "Real Madrid" (İspaniya) - 2:0

Qollar: Rikardo Rodriges, 18-pen, Maksimilian Arnold, 25

Baş hakim: Canluka Rokki (İtaliya) Volsfburq. "Volksvagen Arena"

Qeyd edək ki, ilk oyun günündə "Barselona" evdə "Atletiko"nu 2:1, "Bavariya" isə "Benfika"nı 1:0 hesabı ilə məğlub edib. Cavab görüşləri 12-13 apreldə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi