Çempionlar Liqası: "Qarabağ" səfərdə "Kukesi" ilə heç-heçə edib

Çempionlar Liqası: "Qarabağ" səfərdə "Kukesi" ilə heç-heçə edib Bakı. 25 iyul. REPORT.AZ/ Qarabağ UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Futbol
25 İyul , 2018 22:57
Çempionlar Liqası: Qarabağ səfərdə Kukesi ilə heç-heçə edib

Bakı. 25 iyul. REPORT.AZ/ "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Azərbaycan çempionu səfərdə Albaniyanın "Kukesi" komandası ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu avqustun 1-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi

İlk oyun

25 iyul

21:00. "Kukesi" (Albaniya) – "Qarabağ" (Azərbaycan) - 0:0

Baş hakim: Ola Hobber Nilsen

Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen

Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç)

Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)

UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)

Şkoder. "Loro Boriçi" stadionu.

Son xəbərlər

Orphus sistemi