Çempionlar Liqası: "Qarabağ"ı mübarizədən kənarlaşdırmış BATE PSV-yə uduzub

Çempionlar Liqası: "Qarabağ"ı mübarizədən kənarlaşdırmış BATE PSV-yə uduzub Bakı. 22 avqust. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının play-off mərhələsinə start verilib.
Futbol
22 Avqust , 2018 01:06
Çempionlar Liqası: Qarabağı mübarizədən kənarlaşdırmış BATE PSV-yə uduzub

Bakı. 22 avqust. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının "play-off" mərhələsinə start verilib.

"Report" xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib. Qitənin ən nüfuzlu klub turnirində "Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edib.

Hesabı meydan sahibləri açsa da, qonaqlar 3:2 hesablı qələbəyə nail olaraq, cütün taleyini böyük ölçüdə həll ediblər.

Portuqaliyada "Benfika” Yunanıstan PAOK-u üzərində qələbəni əldən verib. Tərəflər hərəyə bir dəfə fərqləniblər. Serbiyada "Srvena Zvezda” ilə Avstriya "Zaltsburq”u arasındakı görüşdə isə hesab açılmayıb.

Çempionlar Liqası, "Play-off" mərhələsi, ilk oyunlar

21 avqust

23:00. BATE (Belarus) - PSV (Hollandiya) - 2:3

Qollar: Yasse Tuominen, 9. Aleksandr Qleb, 88 - Qaston Pereyro, 35 (penalti ilə). İrvinq Losano, 61. Donyell Malen, 89

23:00. "Benfika” (Portuqaliya) - PAOK (Yunanıstan) - 1:1

Qollar: Pitsi, 45+1 (penalti ilə) - Amr Varda, 76

23:00. "Srvena Zvezda” (Serbiya) – "Zaltsburq” (Avstriya) - 0:0

Daha 3 oyun avqustun 22-də keçiriləcək. Cavab görüşləri isə 28-29 avqustda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi