​Çempionlar Liqası: "MY" və "Qalatasaray" növbəti mərhələyə çıxa bilməyib - VİDEO

​Çempionlar Liqası: "MY" və "Qalatasaray" növbəti mərhələyə çıxa bilməyib - VİDEO İngiltərə və Türkiyə klubları mübarizəni Avroliqada davam etdirəcək
Futbol
9 Dekabr , 2015 04:21
​Çempionlar Liqası: MY və Qalatasaray növbəti mərhələyə çıxa bilməyib - VİDEO

Bakı. 09 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 4 qrup üzrə son turun oyunları keçirilib.

"Report" xəbər verir ki, İngiltərənin "Mançester Yunayted", Türkiyənin "Qalatasaray", Ukraynanın "Şaxtyor" və İspaniyanın "Sevilya" klubları növbəti mərhələyə çıxa bilməyib və mübarizəni Avropa Liqasında davam etdirəcək.

"Malmö" (İsveç), MOİK (Rusiya), "Astana" (Qazaxıstan) və "Borussiya M" (Almaniya) klubları isə Avrokuboklarda çıxışını dayandırıb. Qruplarda ilk 1 və 2-ci yerlərin sahibləri "play-off" mərhələsinə adlayıblar.

Çempionlar Liqası. Qrup mərhələsi. 6-cı tur

"A" qrupu

"Real" (Madrid, İspaniya) – "Malmö" (İsveç) - 8:0

Qollar: 1:0 – 12 Benzema, 2:0 – 24 Benzema, 3:0 – 39 Ronaldo, 4:0 – 47 Ronaldo, 5:0 – 50 Ronaldo, 6:0 – 58 Ronaldo, 7:0 – 70 Kovaçiç, 8:0 – 74 Benzema.

PSJ (Fransa) – "Şaxtyor" (Ukrayna) - 2:0

Qollar: 1:0 – 57 Lukas, 2:0 – 86 İbrahimoviç.

"B" qrupu

PSV (Hollandiya) – MOİK (Rusiya) - 2:1

Qollar: 0:1 – 76, penal İqnaşeviç, 1:1 – 78 De Yonq, 2:1 – 85 Propper.

"Volfsburq" (Almaniya) – "Mançester Yunayted" (İngiltərə) - 3:2

Qollar: 0:1 – 10 Marsyal, 1:1 – 13 Naldo, 2:1 – 29 Vieyrinya, 2:2 – 82, avtoqol Gilavogi, 3:2 – 84 Naldo.

"C" qrupu

"Benfika" (Portuqaliya) – "Atletiko" (İspaniya) - 1:2

Qollar: 0:1 – 33 Saul, 0:2 – 55 Vyetto, 1:2 – 75 Mitroğlu.

"Qalatasaray" (Türkiyə) – "Astana" (Qazaxıstan) - 1:1

Qollar: 0:1 – 62 Tvumasi, 1:1 – 64 İnan.

"D" qrupu

"Sevilya" (İspaniya) – "Yuventus" (İtaliya) - 1:0

Qol: 1:0 – 65 Lyorente.

"Mançester Siti" (İngiltərə) – "Borussiya M" (Almaniya) - 4:2

Qollar: 1:0 – 16 Silva, 1:1 – 19 Korb, 1:2 – 42 Raffael, 2:2 – 79 Sterlinq, 3:2 – 81 Sterlinq, 4:2 – 85 Boni.

Son xəbərlər

Orphus sistemi