​Çempionlar Liqası: "Molde" Ermənistan "Pünik"ini darmadağın edib

​Çempionlar Liqası: "Molde" Ermənistan "Pünik"ini darmadağın edib Görüş Norveçdə baş tutub
Futbol
15 İyul , 2015 04:05
​Çempionlar Liqası: Molde Ermənistan Pünikini darmadağın edib

Bakı. 15 İyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin birinci oyununda İrəvanın "Pünik" klubu səfərdə Norveçin "Molde" klubuna 0:5 hesabı ilə biabırçı məğlubiyyətə uğrayıb.

"Report" xəbər verir ki, Molde şəhərinin "Aker" stadionunda keçirilən görüşün birinci hissəsində Məhəmməd Əlyunussi dubla imza atıb.

Görüşün ikinci hissəsində "Molde" Ola Kamaranın vurduğu iki qol ilə üstünlüyünü 4 topa çatdırıb. Matçda son nöqtəni isveçli forvard Mostryome qoyub.

Çempionlar Liqası. II təsnifat mərhələsi. Birinci oyun

"Molde" (Norveç) - "Pünik" (Ermənistan) - 5:0

Qollar:

Məhəmməd Əlyunussi, 36, 44, Ola Kamara, 84, 90+2, Mostryom, 90+5

Son xəbərlər

Orphus sistemi