Yuxarı

ÇL: "Legiya", "Brügge" və Zaqreb "Dinamo"su "play-off"a çıxmaq şanslarını itirib

Ötən gün eyni aqibəti Rostov, PSV, Ludoqorets və Bazel yaşayıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının ötən gecə keçirilən 4-cü tur oyunlarından sonra daha 3 klub növbəti mərhələyə çıxmaq şanslarını itirib.

"Report" xəbər verir ki, "H" qrupunda Zaqreb "Dinamo"su (0 xal) "Sevilya" (10) və "Yuventus"u (7) dəqiq ötə bilməyəcək. "G" kvartetində isə "Brügge" (0) çətin ki, "Lester Siti" (10) və "Porto"nu (7) geridə qoya bilsin.

"F" qrupunda "Legiya" (1) Dortmund "Borussiya"sı (10) və "Real"ı (8) nəzəri olaraq keçmək şanslarını itirib.

Ötən gün turnirin "play-off" mərhələsinə çıxmaq şanslarını "Rostov", PSV, "Ludoqorets" və "Bazel" itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi