ÇL: "Legiya", "Brügge" və Zaqreb "Dinamo"su "play-off"a çıxmaq şanslarını itirib

ÇL: "Legiya", "Brügge" və Zaqreb "Dinamo"su "play-off"a çıxmaq şanslarını itirib Ötən gün eyni aqibəti "Rostov", PSV, "Ludoqorets" və "Bazel" yaşayıb
Futbol
3 Noyabr , 2016 05:08
ÇL: Legiya, Brügge və Zaqreb Dinamosu play-offa çıxmaq şanslarını itirib

Bakı. 3 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının ötən gecə keçirilən 4-cü tur oyunlarından sonra daha 3 klub növbəti mərhələyə çıxmaq şanslarını itirib.

"Report" xəbər verir ki, "H" qrupunda Zaqreb "Dinamo"su (0 xal) "Sevilya" (10) və "Yuventus"u (7) dəqiq ötə bilməyəcək. "G" kvartetində isə "Brügge" (0) çətin ki, "Lester Siti" (10) və "Porto"nu (7) geridə qoya bilsin.

"F" qrupunda "Legiya" (1) Dortmund "Borussiya"sı (10) və "Real"ı (8) nəzəri olaraq keçmək şanslarını itirib.

Ötən gün turnirin "play-off" mərhələsinə çıxmaq şanslarını "Rostov", PSV, "Ludoqorets" və "Bazel" itirib.

Son xəbərlər

Orphus sistemi