Yuxarı

Çempionlar Liqası: İngiltərə və Fransadakı oyunlar qolsuz bitib

Bakı. 20 fevral. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 ilk oyunu keçirilib.

"Report"un məlumatına görə, ötən mövsümün finalçısı "Liverpul" İngiltərədə Almaniya "Bavariya"sını qəbul edib.

Görüş meydan sahiblərinin böyük üstünlüyü şəraitində keçsə də, qolsuz yekunlaşıb.

Fransada "Lion" və İspaniya "Barselona"sının üz-üzə gəldiyi matçda da eyni hesab qeydə alınıb - 0:0.

Cavab görüşləri martın 13-də olacaq.

Qeyd edək ki, əvvəlki 4 matçda "Tottenhem" ingiltərədə Almaniyanın "Borussiya" (Dortmund) komandasını 3:0, "Roma" İtaliyada Portuqaliya "Portu"sunu 2:1 hesabı ilə yenib. Əvəzində "Ayaks" Hollandiyada İspaniya "Real Madrid"inə 1:2, "Mançester Yunayted" İngiltərədə Fransa PSJ-sinə 0:2 hesabı ilə uduzub. Bu gün "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya) və "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə) qarşılaşmaları ilə 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi