Bakı. 7 may. REPORT.AZ/ İspaniyanın "Barselona" futbol klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində evdə "Bavariya"nı darmadağın edib.
"Report" xəbər verir ki, görüş 3:0 hesabı ilə başa çatıb.
Oyunda bütün qollar ikinci hissənin sonlarında vurulub. 77 və 80-ci dəqiqələrdə argentinalı Lionel Messi fərqlənib. Oyunda son nöqtəni 90-cı dəqiqədə daha bir cənubi amerikalı futbolçu Neymar qoyub. Messi, həmçinin ÇL-da vurulan qolların sayına görə yeni rekord müəyyən edib - 77 qol.
Cavab matçı mayın 12-də Münhendə keçiriləcək.
Çempionlar Liqası. ½ final. Birinci oyun
"Barselona" (İspaniya) — "Bavariya" (Almaniya) — 3:0(0:0)
Qollar: Messi, 78, 80. Neymar, 90