Çempionlar Liqası: "Çelsi" məhsuldar heç-heçəyə, "Borussiya" əzmkar qələbəyə nail olub - VİDEO - YENİLƏNİB

Çempionlar Liqası: "Çelsi" məhsuldar heç-heçəyə, "Borussiya" əzmkar qələbəyə nail olub - VİDEO - YENİLƏNİB UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.
Futbol
6 Noyabr , 2019 02:00
Çempionlar Liqası: Çelsi məhsuldar heç-heçəyə, Borussiya əzmkar qələbəyə nail olub  - VİDEO - YENİLƏNİB

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

"Report"un məlumatına görə, turun ilk 2 oyununda gözlənilməz nəticələr qeydə alınıb. F qrupunda yer alan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandasını məğlub edə bilməyib. Görüş qolsuz yekunlaşıb. Bununla belə, Kataloniya təmsilçisi 8 xalla liderliyini qoruyub. "Slaviya" isə 2 xalla qrupda sonuncudur.

G qrupunda "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. İlk yarının uzatma dəqiqələrində Dieqo Demme, 63-cü dəqiqədə Marsel Zabitser fərqlənib. Bununla da xallarını 9-a çatdıran "Leyptsiq" liderliyini qoruyub. 4 xalı olan "Zenit" isə 3-cü pilləyə enib.

Gecənin qalan 6 görüşü isə daha məhsuldar alınıb. Almaniyanın Dortmund şəhərində "Borussiya" İtaliyanın "İnter" komandası ilə matçda 0:2 hesabı ilə geridə olduğu halda, əzmkar qələbəyə nail olub - 3:2. Hollandiya "Ayaks"ı isə İngiltərədə "Çelsi" ilə qarşılaşmada 4:1 hesabı ilə üstün durumda olmasına rəğmən, yekunda heç-heçə ilə kifayətlənib - 4:4.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

6 noyabr

E qrupu

24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: İrvinq Losano, 44 - Erlinq Braut Holand, 11 (penalti ilə)

24:00. "Liverpul" (İngiltərə) - "Genk" (Belçika) - 2:1

Qollar: Jorjinyo Veynaldum, 14. Aleks Oksleyd-Çemberlen, 53 - Alli Mbvana Samatta, 41

Xal durumu: "Liverpul" - 9, "Napoli" - 8, "Zaltsburq" - 4, "Genk" - 1.

F qrupu

24:00. "Borussiya" (Dortmund, Almaniya) - "İnter" (İtaliya) - 3:2

Qollar: Əşrəf Hakimi, 51; 77. Yulian Brandt, 64 - Lautaro Martines, 5. Matias Vesino, 40

21:55. "Barselona" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya) - 0:0

Xal durumu: "Barselona" - 8, "Borussiya" - 7, "İnter" - 4, "Slaviya" - 2

G qrupu

21:55. "Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya) - 0:2

Qollar: Dieqo Demme, 45+5. Marsel Zabitser, 63

24:00. "Lion" (Fransa) - "Benfika" (Portuqaliya) - 3:1

Qollar: Yoaxim Andersen, 4. Memfis Depay, 33. Bertan Traore, 89 - Haris Seferoviç, 76

Xal durumu: "Leyptsiq" - 9, "Lion" - 7, "Zenit" - 4, "Benfika" - 3

H qrupu

24:00. "Çelsi" (İngiltərə) - "Ayaks" (Hollandiya) - 4:4

Qollar: Jorjinyo, 5; 71 (hər ikisi penalti ilə). Sesar Aspilikueta, 63. Ris Ceyms, 74 - Tammi Abraham, 2 (öz qapısına). Kvinsi Promes, 20. Kepa Arrisabalaqa, 35 (öz qapısına). Donni van de Beek, 55

24:00. "Valensiya" (İspaniya) - "Lill" (Fransa) - 4:1

Qollar: Daniel Parexo, 66 (penalti ilə). Adama Sumaoro, 82 (öz qapısına). Joffri Kondoqbia, 84. Ferran Torres, 90 - Viktor Osimhen, 25

Xal durumu: "Ayaks" - 7, "Çelsi" - 7, "Valensiya" - 7, "Lill" - 1.


***00:00

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

"Report"un məlumatına görə, turun ilk 2 oyunda gözlənilməz nəticələr qeydə alınıb.

F qrupunda yer alan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandasını məğlub edə bilməyib. Görüş qolsuz yekunlaşıb. Bununla belə, "Barsa" 8 xalla liderliyini qoruyub. "Slaviya" isə 2 xalla qrupda sonuncudur.

G qrupunda isə "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. İlk yarının uzatma dəqiqələrində Dieqo Demme, 63-cü dəqiqədə Marsel Zabitser fərqlənib.

Bununla da xallarını 9-a çatdıran "Leyptsiq" liderliyini qoruyub. 4 xalı olan "Zenit" isə 2-ci pilləni əldən vermə təhlükəsi ilə üzləşib.

Son xəbərlər

Orphus sistemi