Çempionlar Liqası: "Barselona" "Roma"nı, "Liverpul" isə "Mançester Siti"ni darmadağın edib - VİDEO

Çempionlar Liqası: "Barselona" "Roma"nı, "Liverpul" isə "Mançester Siti"ni darmadağın edib - VİDEO İki matçda qapılara 8 qol vurulub
Futbol
5 Aprel , 2018 00:53
Çempionlar Liqası: Barselona Romanı, Liverpul isə Mançester Sitini darmadağın edib - VİDEO

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə biri İspaniyada, digəri isə İngiltərədə olmaqla, iki matç baş tutub.

Hər iki görüşdə də meydan sahibləri qələbəyə sevinib. İspaniyada "Barselona” İtaliyanın "Roma” klubunu sınağa çəkib. Kataloniya təmsilsiçi bu qarşılaşmada böyükhesablı qələbə qazanıb. İspaniya nəhəngi rəqibini 4:1 hesabı ilə məğlub edib.

Günün digər oyununda isə İngiltərə təmsilçiləri "Liverpul” və "Mançester Siti” "Enfild Roud”da üz-üzə gəlib. "Liverpul” doğma azarkeşlər önündə 3:0 hesablı qələbəyə sevinib.

İlk oyun günündə İspaniya "Real Madrid"i İtaliyada "Yuventus"u 3:0, Almaniya "Bavariya"sı isə İspaniyada "Sevilya"nı 2:1 hesabı ilə yenib. Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçları 10-11 aprel tarixlərində keçiriləcək.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

4 aprel

22:45. "Barselona” (İspaniya) – "Roma” (İtaliya) - 4:1

Qol: Daniele de Rossi, 38 (öz qapısına), Konstantinos Manolas, 55 (öz qapısına). Cerard Pike, 59. Luis Suares, 87 - Edin Ceko, 80

Baş hakim: Danni Makkelie

22:45. "Liverpul” (İngiltərə) - "Mançester Siti” (İngiltərə) - 3:0

Qol: Məhəmməd Salah, 12. Aleks Oksleyd-Çemberleyn, 21. Sadio Mane, 31

Baş hakim: Feliks Brix (Almaniya)

Son xəbərlər

Orphus sistemi