"Çelsi" tarixində 6-cı dəfə İngiltərə çempionu olub - VİDEO

"Çelsi" tarixində 6-cı dəfə İngiltərə çempionu olub - VİDEO Premyer Liqanın qalibi sona 3 tur qalmış müəyyənləşib
Futbol
13 May , 2017 00:52
Çelsi tarixində 6-cı dəfə İngiltərə çempionu olub - VİDEO

Bakı. 13 may. REPORT.AZ/ İngiltərə Premyer Liqasının qalibi sona 3 tur qalmış müəyyənləşib. 

"Report"un məlumatına görə, bu, "Çelsi" klubudur. 

Antonio Kontenin baş məşqçi olduğu "zadəganlar" XXVI turda səfərdə "Vest Bromviç"i məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu Mişi Batşuayi 82-ci dəqiqədə vurub.

Bu qələbə sayəsində xallarını 87-yə çatdıran "Çelsi" ən yaxın izləyicisi "Tottenhem"i 10 xal üstələyib.

Qeyd edək ki, bu, "zadəganlar"ın 6-cı çempionluğu olub.  

Son xəbərlər

Orphus sistemi