"Çelsi" "Qarabağ"la oyuna baxmaq üçün Azərbaycana gələcək azarkeşlərinə endirim edib

"Çelsi" "Qarabağ"la oyuna baxmaq üçün Azərbaycana gələcək azarkeşlərinə endirim edib London klubu xidmətlər paketini ucuzlaşdırıb
Futbol
7 Sentyabr , 2017 08:26
Çelsi Qarabağla oyuna baxmaq üçün Azərbaycana gələcək azarkeşlərinə endirim edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Londonun "Çelsi" klubu Çempionlar Liqası çərçivəsində "Qarabağ"la (Ağdam) Bakıda keçiriləcək səfər matçında komandanı dəstəkləyəcək azarkeşlərə maliyyə yardımı edəcək.

"Report" xəbər verir ki, London klubu uçuş, trasfer və bir gecə 4 ulduzlu oteldə qalmağın daxil olduğu xidmət paketinin qiymətini aşağı salıb.

Bu cür paketin qiyməti 359 funt (təxminən 470.89 dollar - qeyd) təşkil edəcək.

Hazırda matçın biletinin neçəyə olacağı məlum deyil. Onların qiyməti paketin dəyərinə əlavə olunacaq.

"Qarabağ" - "Çelsi" matçı 2017-ci il noyabrın 22-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi