"Çelsi" "Qarabağ"la oyun ərəfəsində problemlə üzləşib

"Çelsi" "Qarabağ"la oyun ərəfəsində problemlə üzləşib London təmsilçisinin hücumçusu Mişi Batşuayi Belçika millisinin düşərgəsində zədələnib
Futbol
10 Noyabr , 2017 09:45
Çelsi Qarabağla oyun ərəfəsində problemlə üzləşib

Bakı. 10 noyabr. REPORT.AZ/ İngiltərənin “Çelsi” komandası futbol üzrə Çempionlar Liqasının V turunda “Qarabağ”la keçirəcəyi görüş ərəfəsində problemlə ilə üzləşib. 

“Report” RTBF telekanalına istinadən xəbər verir ki, London təmsilçisinin hücumçusu Mişi Batşuayi Belçika millisinin düşərgəsində zədələnib.

Noyabrın 10-da Meksika, noyabrın 14-də isə Yaponiya ilə görüşlər üçün yığmaya dəvət alan 24 yaşlı forvard məşq zamanı xəsarət alıb. Futbolçu rentgen müayinəsindən keçsə də, təkrar yoxlanış üçün “Çelsi”nin sərəncamına dönüb. Onun hansı müddətdə meydana çıxa bilməyəcəyinə dair məlumat yaxın günlərdə veriləcək.

Qeyd edək ki, Mişi Batşuayi “Çelsi”inin I turda “Qarabağ”ı Londonda 6:0 hesabı ilə məğlub etdiyi matçın 76-cı dəqiqəsində komandasının sonuncu qoluna imza atıb. Bu kollektivlər arasında növbəti oyun noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi