İngiltərə Premyer Liqası: "Çelsi" öz meydanında "Sautqempton"a uduzub

İngiltərə Premyer Liqası: "Çelsi" öz meydanında "Sautqempton"a uduzub Çelsi İngiltərə Premyer Liqasının 19-cu turunda Sautqemptonu qəbul edib.
Futbol
27 Dekabr , 2019 00:26
İngiltərə Premyer Liqası: Çelsi öz meydanında Sautqemptona uduzub

"Çelsi" İngiltərə Premyer Liqasının 19-cu turunda "Sautqempton"u qəbul edib.

"Report" xəbər verir ki, görüş Londonun "Stemford Bric" stadionunda baş tutub və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 31-ci dəqiqədə açılıb. "Sautqempton"un hücumçusu Maykl Obafemi ilk qolun müəllifi olub. İkinci hissənin ortalarında yarımmüdafiəçi Neytan Redmond komandasının üstünlüyünü artırıb.

Hazırda "Çelsi" İngiltərə çempionatının yarış cədvəlində 4-cü yer tutur. Komandanın aktivində 32 xal var. "Sautqempton isə 21 xalla 14-cü yerdə qərarlaşıb.

"Sautqempton" dekabrın 28-də öz meydanında "Kristal Pelas"la oynayacaq, "Çelsi" isə növbəti gün "Arsenal"lı sınağa çəkəcək.

Son xəbərlər

Orphus sistemi