"Çelsi"nin yarımmüdafiəçisi Bakıdakı final qarşılaşmasını buraxa bilər

"Çelsi"nin yarımmüdafiəçisi Bakıdakı final qarşılaşmasını buraxa bilər İngiltərənin Çelsi komandasının futbolçusu Ruben Loftus-Çik Bakıda keçiriləcək Avropa Liqasının final matçını buraxa bilər.
Futbol
16 May , 2019 12:48
Çelsinin yarımmüdafiəçisi Bakıdakı final qarşılaşmasını buraxa bilər

İngiltərənin "Çelsi" komandasının futbolçusu Ruben Loftus-Çik Bakıda keçiriləcək Avropa Liqasının final matçını buraxa bilər.

"Report" xəbər verir ki, ABŞ-ın "New England Revolution" komandası ilə yoldaşlıq matçının 46-cı dəqiqəsində meydana daxil olan 23 yaşlı yarımmüdafiəçi 20 dəqiqə sonra zədələnib. Sol ayaq biləyindən xəsarət alan Loftus-Çik oyuna davam edə bilməyib. O, stadionu çəliklə tərk edib. Oyunçunun Avropa Liqasının finalında iştirakı sual altındadır.

Görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq. Ruben Loftus-Çik cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna 6 qol vurub.  

Son xəbərlər

Orphus sistemi