"Çelsi"nin kapitanı: "İndi hər şey öz əlimizdədir"

"Çelsi"nin kapitanı: "İndi hər şey öz əlimizdədir" "Qarabağ"la görüşdə bizə qələbə lazımdır"
Futbol
20 Noyabr , 2017 09:37
Çelsinin kapitanı: İndi hər şey öz əlimizdədir
Getty

Bakı. 20 noyabr. REPORT.AZ/ "İngiltərə Premyer Liqasında sürət yığmağa başladıqdan sonra yenidən Çempionlar Liqasına qayıdırıq. Bu da bizim üçün vacibdir".

"Report"un məlumatına görə, bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu Qari Kehill "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının V tur matçı ərəfəsində deyib. 32 yaşlı mərkəz müdafiəçisi bildirib ki, İtaliya "Roma"sı ilə əvvəlki görüşlər "zadəganlar" üçün çətin keçib: "Xüsusən, ötən tur 0:3 hesablı səfər məğlubiyyəti bizim üçün şok oldu. Bundan sonra yaradıcı oyun sərgiləyərək, Premyer Liqada ardıcıl 4 qələbə qazandıq. İndi isə hər şey öz əlimizdədir".

Kapitan "Qarabağ"la oyuna da qələbə üçün çıxacaqlarını açıqlayıb: "Bilirik ki, bizə qələbə lazımdır. Bu halda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edəcəyik. Biz özümüzə əmin olmalıyıq".

Qeye edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi