"Çelsi"nin futbolçusu: "Qarabağ"a dörddən çox qol vura bilərdik"

"Çelsi"nin futbolçusu: "Qarabağ"a dörddən çox qol vura bilərdik" Bakı. 23 noyabr. REPORT.AZ/ Biz hər şeyi səliqəli etdik. Oyunun əvvəllərində rəqibə az qala fərqlənmək imkanı verdik.
Futbol
23 Noyabr , 2017 08:58
Çelsinin futbolçusu: Qarabağa dörddən çox qol vura bilərdik
Report/Firi Salim

Bakı. 23 noyabr. REPORT.AZ/ "Biz hər şeyi səliqəli etdik. Oyunun əvvəllərində rəqibə az qala fərqlənmək imkanı verdik".

"Report"un məlumatına görə, bunu İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar "Qarabağ"ı Bakıda 4:0 hesabı ilə yendikləri Çempionlar Liqasının qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyib.

Belçikalı yarımmüdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi həmin fürsəti dəyərləndirsəydi, hər şey başqa cür ola bilərdi. Lakin Azarın fikrincə, komandası dörddən çox qol vurmalı idi: "Bu cür yaxşı oyunçularla çıxış etmək asandır. Şənbə günü "Liverpul"la böyük oyunumuz var. Buna görə yaxşı istirahət etməliyik. Qarşıdakı oyuna isə hazır olacağıq".

Qeyd edək ki, Eden Azar "Qarabağ"a 21-ci dəqiqədə penalti zərbəsi ilə qol vurub.

Son xəbərlər

Orphus sistemi