"Çelsi"nin futbolçusu: "Bakıda keçmiş komandamla qarşılaşmağı arzulayıram"

"Çelsi"nin futbolçusu: "Bakıda keçmiş komandamla qarşılaşmağı arzulayıram" İngiltərənin Çelsi klubunun futbolçusu Jorjinyo sabiq komandası İtaliya Napolisinin növbəti mərhələ şanslarından danışıb.
Futbol
12 Aprel , 2019 12:28
Çelsinin futbolçusu: Bakıda keçmiş komandamla qarşılaşmağı arzulayıram

İngiltərənin "Çelsi" klubunun futbolçusu Jorjinyo sabiq komandası İtaliya "Napoli"sinin növbəti mərhələ şanslarından danışıb.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda Çexiyada “Slaviya”nı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verib. O, "Arsenal" komandası ilə ilk görüşdə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, Neapol təmsilçisinin yarımfinala yüksələ biləcəyini iddia edib. 

Braziliya əsilli italiyalı oyunçu bu cütdə hələ heç nəyin bitmədiyini söyləyib: "Napoli"nin hələ də şansı var. "San Paolo" stadionundakı görüş qətiliklə öz rolunu oynayacaq. Onlar bunu edə bilərlər. Bakıda keçmiş komandamla qarşılaşmağı arzulayıram". 

Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də, final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi