"Çelsi"nin baş məşqçisi mətbuat konfransında badə qaldırıb - VİDEO

"Çelsi"nin baş məşqçisi mətbuat konfransında badə qaldırıb - VİDEO Antonio Konte jurnalistləri təbrik edib
Futbol
27 Dekabr , 2017 09:46
Çelsinin baş məşqçisi mətbuat konfransında badə qaldırıb - VİDEO

Bakı. 27 dekabr. REPORT.AZ/ "Çelsi" futbol komandasının baş məşqçisi Antonio Konte "Brayton"u 2:0 hesabı ilə yendikləri İngiltərə Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında şampan şərabı içib. "Report"un məlumatına görə, italiyalı mütəxəssis badə qaldıraraq, jurnalistləri Milad bayramı münasibətilə təbrik edib. 

O deyib: "Milad bayramı arxada qalsa da, mən bugünkü oyundan sonra sizi təbrik etmək istərdim. Sizə və ailənizə xoş bayramlar arzu edirəm. Yeni il? Xeyr, bizim hələ "Stok Siti" ilə oyunumuz olacaq. Qalib gəlsək, yenidən sizin üçün badə qaldıracağam". 

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasında "Qarabağ"la birgə yer aldığı qrupdan ikinci pillənin sahibi kimi 1/8 finala yüksəlib. Növbəti mərhələdə rəqib İspaniya "Barselona"sı olacaq.  

Son xəbərlər

Orphus sistemi