"Çelsi"nin baş məşqçisi: " Bu qələbəyə layiq idik"

"Çelsi"nin baş məşqçisi: " Bu qələbəyə layiq idik" Çox xoşbəxtəm, məmnunam. Mükafat azarkeşlərimiz üçün önəmlidir. Bu qələbəyə layiq idik.
Futbol
30 May , 2019 02:24
Çelsinin baş məşqçisi:  Bu qələbəyə layiq idik

"Çox xoşbəxtəm, məmnunam. Mükafat azarkeşlərimiz üçün önəmlidir. Bu qələbəyə layiq idik".

"Report" xəbər verir ki, bunu "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Bakıda UEFA Avropa Liqasının finalında "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, "Çelsi" yanvar və fevral aylarında problemlər yaşasa da, sonradan vəziyyətdən çıxmağı bacarıb: "Avropa Liqasında 15 oyundan 12-də qalib gəldik və 3 matçda heç-heçə etdik. Bu kuboka layiq olduğumuzu göstərir. Liqa Kubokunun finalında "Mançester Siti"yə məğlubiyyətdən sonra yanaşmamızı dəyişdik. Bu, mövsümdə 64-cü oyunumuz idi. Fiziki cəhətdən çətin olsa da, çalışırıdıq. Fasilədə futbolçulardan daha cəzarətli olmağı xahiş etdim. İkinci hissədə həqiqətən çox yaxşı oynadıq. Azarkeşlər üçün maraqlı futbol sərgilədik".

Sarri özünün və Eden Azarın "Çelsi"dəki gələcəyindən də söhbət açıb: "Eden Azar möhtəşəm oyunçudur. Həm də gözəl bir insandır. Onun "Çelsi"ni tərk etmək istədiyini bilirdim. Onun qərarına hörmətlə yanaşıram. Klubun sahibi və direktoru ilə danışacağam. Biz bilməliyik klub mənim üçün və mən klub üçün daha yaxşı nə edə bilərəm. Mənim müqaviləm var. Hazırda oralıqda heç nə yoxdur. Premyer Liqada yarış səviyyəsi çox yüksəkdir. "Çelsi"də olmaqdan məmnunam. Amma bilmək istəyirəm ki, klub rəhbərliyi məndən razıdırmı? Klubun sahibi ilə danışmalıyam. Hesab edirəm ki, "Çelsi"də qalmalıyam. Amma bu, mənim rəyimdir və bu, yetərli deyil".

Son xəbərlər

Orphus sistemi