"Çelsi"nin 8 futbolçusu Avropa Liqasında mövsümün komandasına daxil olub

"Çelsi"nin 8 futbolçusu Avropa Liqasında mövsümün komandasına daxil olub Bakıda UEFA Avropa Liqasının qalibi olan Çelsi komandasının 8 futbolçusu 2018-2019 mövsümü üçün turnirin simvolik komandasına daxil olub.
Futbol
30 May , 2019 18:44
Çelsinin 8 futbolçusu Avropa Liqasında mövsümün komandasına daxil olub

Bakıda UEFA Avropa Liqasının qalibi olan "Çelsi" komandasının 8 futbolçusu 2018-2019 mövsümü üçün turnirin simvolik komandasına daxil olub. 

"Report"un məlumatına görə, London təmsilçisinin heyətində Kepa Arrisabalaqa, David Luis, Sesar Aspilikueta, Jorjinyo, Nqolo Kante, Olivye Jiru, Pedro Rodriqes, Eden Azar "18”liyə düşüb. 

Bunlardan əlavə, Sead Kolaşinats, Loran Koselni, Pyer-Emerik Obameyanq (hamısı "Arsenal", İngiltərə), Kevin Trapp, Danni da Kosta, Filip Kostiç, Mateo Hasebe, Luka Yoviç (hamısı "Ayntraxt", Almaniya) Aleks Qrimaldo və Juan Feliş (hər ikisi "Benfika", Portuqaliya) mövsümün komandasında yer alıb.

Qeyd edək ki, "Çelsi" Bakı Olimpiya Stadionundakı həlledici matçda "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib. 

Son xəbərlər

Orphus sistemi