"Çelsi" Lempardın debüt matçında darmadağın edilib

"Çelsi" Lempardın debüt matçında darmadağın edilib Futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümdə birinci turunun növbəti oyunları keçirilib.
Futbol
11 Avqust , 2019 21:57
Çelsi Lempardın debüt matçında darmadağın edilib

Futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümdə birinci turunun növbəti oyunları keçirilib.

“Report” xəbər verir ki, matçlardan biri "Old Trafford" stadionunda "Mançester Yunayted" və "Çelsi" arasında baş tutub.

Frenk Lempardın rəhbərliyi altında ilk rəsmi oyununa çıxan "Çelsi" darmadağınla üzləşib. Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Reşford (18 və 67-ci dəqiqələrdə), Marsyal (65) və Ceyms (81) vurub.

Qələbə sayəsində ilk üç xalını qazanan "Mançester Yunayted" ikinci pilləyə yüksəlib və yalnız qol sayına "Mançester Siti"dən (5 qol) geri qalır.

Son xəbərlər

Orphus sistemi