Yuxarı
    Bağlamaq

    ​"Çelsi" klubunun futbolçusu azarkeşləri təhqir etdiyi üçün cəzalanıb

    Dieqo Kosta 20 min funt sterlinq cərimələnib və yerli federasiya tərəfindən xəbərdarlıq alıb

    Bakı. 1 aprel. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun futbolçusu Dieqo Kosta bir oyunluq cəzalanıb. "Report"un məlumatına görə, buna 27 yaşlı futbolçunun ölkə kubokunda "Everton"la keçirilmiş oyunda qırmızı vərəqə alaraq meydanı tərk edərkən azarkeşlərə təhqiredici jest göstərməsi səbəb olub.

    Bundan əlavə, D.Kosta 20 min funt sterlinq cərimələnib və yerli federasiya tərəfindən xəbərdarlıq alıb.

    Nəticədə braziliyalı futbolçu Premyer Liqanın XXXII turunda "Aston Villa" ilə səfərdə keçiriləcək oyunda meydana çıxa bilməyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi