Yuxarı
    Bağlamaq

    "Çelsi" klubuna yeni baş məşqçi təyin olunub

    Qus Hiddinklə mövsümün sonunadək müqavilə bağlanılıb

    Bakı. 19 dekabr. REPORT.AZ/ Qus Hiddink İngiltərənin "Çelsi" futbol klubuna baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. 

    Hiddink bu vəzifədə Joze Mourinyonu əvəzləyib. O, "Stemford Bric"ə qayıtdığı üçün sevindiyini bildirib: "Çelsi" dünyanın ən güclü klublarındandır. Bu komanda hazırda öz yerində deyil. Amma inanıram ki, vəziyyəti düzəldə biləcəyik. Böyük klubda oyunçular və digər əməkdaşlarla birgə işə başlayacağımız günü, xüsusən, "Çelsi" azarkeşləri ilə gözəl münasibətlərin bərpasını səbirsizliklə gözləyirəm". 

    Qeyd edək ki, Qus Hiddink 2009-cu ildə də "Çelsi"də çalışıb. "Zadəganlar" onun rəhbərliyi altında İngiltərə Kubokunu qazanıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi