"Çelsi" klubu yeni oyun formalarını təqdim edib

"Çelsi" klubu yeni oyun formalarını təqdim edib Tünd göy rəngli forma komufulyaj dizaynı ilə işlənilib
Futbol
12 Sentyabr , 2017 20:33
Çelsi klubu yeni oyun formalarını təqdim edib
Chelseafc.com

Bakı. 12 sentyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu 2017-2018 mövsümü üçün yeni üçüncü dəst geyimlərini təqdim edib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tünd göy rəngli forma komufulyaj dizaynı ilə işlənilib.

Yeni geyim dəsti ilə ilk sınaq sentyabrın 27-də "Çelsi"nin İspaniya "Atletiko"su ilə Madriddə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin II tur matçına təsadüf edəcək. 

Qeyd edək ki, "Çelsi" ilk turda "Qarabağ"la qarşılaşacaq. Bu gün Londondakı "Stemford Bric" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi